- 27-04-2019
Bağışlayan və mehriban Allahın adı ilə
İmam Sәccad (ә) buyurmuşdur;
-İlahi, әgәr mәnә verdiyin әzab sәnin mülküvü artıracaqsa, o zaman mәn sәndәn әzabın üçün sәbr istәyәrәm, lakin bilirәm ki, nә itaәt edәnlәrin itaәti, nә dә üsyan edәnlәrin üsyanı sәnin mülkünә heç nә artırmaz vә azaltmaz".
Düzgün mәrifәtullahın vә әsl irfanın açarıdır bu kәlam. Necә dә olmasın ? Tamamilә "mәnin" (әnaniyyәtin) dәfn olunmasıdır. Xaliqlә mәxluq arasında әn böyük hicabın ("mәn") әrimәsidir , yanıb kül olmasıdır. Rәhmәtlik Raci bu mәqam üçün demişdir:
Aşiqi mәşuq ma beynindә hail cism olur
Bәzli can canan yolunda Raciya bu qism olur
İsmi rәsmi tәrk edәn alәmdә sahib ism olur
Çәk mәniyyәtdәn әl ki, zahir olmuş ondan hәr bәla .
Ma- beynindә-arasında
Hail-mane vә pәrdә
Bәzl-sәrf etmәk , fәda etmәk
Mәniyyәt -mәnәm mәnәmlik.
"Aşiqlә mәşuq arasında әsl pәrdә cismdir, amma bundan fәrqli olaraq Raci, öz hәqiqi cananı üçün canın qurban vermәk istәyir, öz rәsmi adını tәrk edәn dünyada ad sahibi olur , mәnәm mәnәmlikdәn әl çәk ki, bütün bәlalar ondan aşkar olub vә başlayıbdır".
Dildә Allahı sevirәm deyәn, onun izzәtinә and içәn vә ona ibadәt edәn İblisin yeganә problemi , o pәrdәni yarmaması oldu. Mәnәm mәnәmlik çirkabına bulaşan birisi , Mәşuqun ona tәqdim etdiyi saf bulağın suyu ilә paklana bilmir. Eşq aynasında "mәni" görәnlәr , "O"nun gözәlliyindәn mәhrum olurlar. Әnaniyyәt bataqlığında özlәrin düşünәnlәr , Yarın uzatdığı әli belә görmürlәr. Әsl bәla budur.
İmam Hüseyn (ә) buyurur:
-Kor olsun o gözlәr ki, onlar üzәrindә nәzarәtçi olan Sәni görmür.
İlahi , bizi ,valideynlәrimizi vә iman әhlini b
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.