- 27-04-2019
Bağışlayan və mehriban Allahın adı ilə
İnsan niyə yaranıb? Yaxud insanın yaradılış fəlsəfəsi. İnsan yaranandan bəri bir sual Adəm övladını düşündürür. "Allah məni niyə yaradıb"?(Əgər ilahi dünyagörüşünə malikdirsə). Və yaxud "mən niyə yaranmışam?"(Əgər materialist dünyagörüşünə malikdirsə). Bu suala müxtəlif alimlər çeşidli cavablar vermişlər. Uca Rəbbimizin köməyi ilə bu suala müxtəlif baxışlardan cavab vermək istərdim. Müxtəlif baxışlar deyəndə məqsədim Quran , mübarək hədislər və fəlsəfi cəhətdən olan baxışlardır. Ona görə də bu yazımı üç hissəyə bölmək istəyirəm. 1. İnsanın yaradılış fəlsəfəsi Quranda. 2. İnsanın yaradılış hikməti mübarək hədislərdə. 3. İnsanın yaradılış hikməti fəlsəfədə. 1. İnsanın yaradılış fəlsəfəsi Quranda. Müqəddəs Quranımıza müraciət edərkən, bu mövzu ilə bağlı bir neçə ayələrə rast gəlirik. "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə təqvalı olasınız" (Bəqərə surəsi/21). "Mən cinləri və insanları mənə ibadət etmək üçün yaratmışam" (Zariyat/56). "Yəqinə çatana qədər Rəbbinə ibadət et"(Hicr/99). Zariyat surəsinin 56-cı ayəsi açıq-aşkar möhkəm ayədir. "Allah bizi ona ibadət etmək üçün yaratmışdır". Lakin biz hər hansı bir mövzu barəsində təhqiqat və araşdırma aparırıqsa , o zaman həmən mövzuda olan bütün ayələri toplamaq lazımdır. Çünki Quran ayələri biri digərini təfsir edir. Bu söz natiqi-Quran Həzrəti Əlinin (ə) sözüdür. Bəqərə surəsinin 21-ci ayəsinə, Hicr surəsinin 99-cu ayəsinə isə nəzər saldıqda , hədəf barəsində yeni bir məna ortaya çıxır. Hədəf iki qismdir. 1. Vasitəvi hədəf. 2. Sonuncu hədəf. Vasitəvi hədəf- o hədəfə deyilir ki, onun vasitəsi ilə digər bir yüksəkliyə uc
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.