- 27-04-2019
Bağışlayan və mehriban Allahın adı ilə
Ümumiyyətlə İslamın, xüsusilə Əhli-beyt məktəbinin düşmənləri bizi əvvəl məzhəblərə, sonra millətlərə, sonra sərhədlərə və sonda bölgə və zonalara böldülər. Ürəkləri kinlə və nifrətlə dolu olan düşmənlərimiz bölməkdə davam edir və nəhayət bir məktəbin içərisində olan müsəlmanları "vilayət" və "ziddi-vilayətə" bölməyə başladılar. Nə qədər boynumuzdan atmağa çalışsaq da , müəyyən qədər düşmənin mənfur hiyləsi , biz Azərbaycan möminlərindən də yan keçmədi. Bu gün doğma Vətənimiz Azərbaycanda, bu məsələyə görə möminlər arasında olan soyuqluqlar buna əyani sübutdur. Qardaşlarım və əzizlərim , sizi and verirəm anamız Həzrəti Zəhraya (ə) , bu yazını diqqətlə oxuyub, bu soyuqlaqları "dəfn" edək. Mən Allaha sığınıb, yazıma başlayıram.
Şəksiz və şübhəsiz bütün müsəlmanlar Məsum (ə) hazır olmayan zamanda, din alimlərinə (Müctehidlər və Müftülər) müraciət edirlər. Sadə insan ağlı dərk edir ki, hər bir insan Quran və hədislərdən İlahi hökmləri istinbat etmək qüdrətində deyildir. Xüsusilə də İmam Zaman ağanın (əc) Qeybətül-Suğra da (kiçik qeybə çəkilmə dövrü) 4 xüsusi naib təyin etməsi, biz müsəlmanlar üçün aydın dəlildir ki, Ağamız (əc) qeybdə olan müddətdə İslam ümməti başsız qalmamalıdır. Qeybətül-Suğrada, bu barədə bizim üçün problem yoxdur, ona görə ki, o dönəmdə İmam Mehdi (əc) xüsusi naibini adı və bütün xüsusiyyəti ilə təyin etmişdir. Amma Qeybətül-Kubra da (böyük və uzun qeybə çəkilmə dövrü) necə ??!! İndiki zamanımızda müsəlman ümməti kimə müraciət etməlidir ??
Bu suala cavab verməzdən öncə "hökm" və "fətva"nı diqqətinizə &cc
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.