Sosial şəbəkələrdə:

Allah təbarəkə və təala Qurani -kərimdə buyurur:-"Peyğəmbər möminlərin canlarından onlara daha layiqdir (o, möminlərin mövlasıdır) və onun zövcələri onların analarıdır". (Əhzab surəsi/6).
Allah təbarəkə və təala Qurani -kərimdə buyurur:-
  • 28-04-2019

Bağışlayan və mehriban Allahın adı ilə

Allah təbarəkə və təala Qurani -kərimdə buyurur:-"Peyğəmbər möminlərin canlarından onlara daha layiqdir (o, möminlərin mövlasıdır) və onun zövcələri onların analarıdır". (Əhzab surəsi/6).
Əhzab surəsinin 6-cı ayəsinin qeyd olunan hissəsi , iki mühüm məsələyə dəlalət edir.
1.Peyğəmbərimiz (s.ə.a.s) möminlərin mövlasıdır, yəni-Allah əziz Peyğəmbərimizə (s.ə.a.s) biz müsəlmanların malından və canından təsərrüf etmək (istifadə) haqqı vermişdir. Bu hissədə heç bir gizlin və qaranlıq hissə yoxdur.
2. Peyğəmbərimizin (s.ə.a.s) xanımları möminlərin anasıdır. Ayənin bu hissəsi düzgün öyrənilməli və təhqiqat olunmalı məsələdir. (Bu yazıdan da məqsəd, məhz bu hissədir).
Bir çox müsəlmanlar mübarək ayənin bu hissəsindən istifadə edib, Peyğəmbərimizin (s.ə.a.s) bütün xanımlarına , üstünlük vermişlər.
Suallar: 
1.Bu ayə Peyğəmbərimizin (s.ə.a.s) bütün zövcələrinə aiddirmi???2. Əgər bütün xanımlara aiddirsə, o zaman ayədə deyilən "analıq"dan məqsəd nədir??? 
3.Bu "möminlərə ana olma" xüsusiyyəti , Peyğəmbərimizin (s.ə.a.s) xanımlarının bütün həyatları boyu etdiklərinə (səhf yaxud düz) bəraət qazandırırmı??? 
Cavab: Birinci sualın cavabı aydındır. Bu hökm Peyğəmbərimizin (s.ə.a.s) bütün xanımlarına aiddir. Çünki ayədə zikr olunan "onun zövcələri" kəlməsi mütləqdir (qeydsiz və şərtsiz). Hər bir kəlamda söz sahibi özü qeyd qoymayıbsa, o zaman həmən kəlamdan ümumilik və mütləqlik başa düşülür. Məsələn, Allah Qurani-Kərimdə "namaz qılın" əmrini verirsə, və bu fərmanı heç bir şəxslə, zamanla və məkanla qeydləşdirməyibsə, deməli namazın vacibliyi bütün şəxslərə hər zama

Paylaş:

Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.