- 28-04-2019
Bağışlayan və mehriban Allahın adı ilə
Vilayət səmasının 6-cı günəşi, İslam və elm məktəbinin banisi İmam Sadiq (ə) buyurmuşdur:-"Bir gün Məryəm oğlu İsa (ə) İsrail övladlarına dedi:-Hikməti cahil və nadanlara öyrətməyin ki, hikmətə zülm etmiş olarsınız. Hikməti hikmət əhlindən də məhrum etməyin ki, onlara zülm etmiş olarsınız".
"Kafi" kitabının birinci cildində mövcud olan bu mübarək hədis, diqqətimi cəlb etdi. Çox maraqlı və qiymətlidir. Ona görə də bu qiymətli kəlamı sizinlə paylaşmaq istədim. Amma şərhə ehtiyac duydum.
"Hikmət" və "elm" sözlərinin mənaları arasında fərq var. Onların arasında nisbət "ümum və xüsus mütləqdir" (tabeli məfhumlar). Yəni-onlar arasında bir tərəfdən fərqli və digər tərəfdən ortaq nöqtələr mövcuddur. Bəzi hikmətli işlər elmdəndir , bəziləri isə elmi məsələ deyildir. Bütün elmi məsələlər isə hikmətdir. Bəzi hikmətlər elmi məsələ sayılmadığı halda, bütün elmi məslələr hikmət hesab olunur. Məsələn, bir körpənin ayaq açmasında hikmət vardır. O , dəfələrlə yıxılır, amma yenə qalxır. Bir neçə dəfə bu cür davam edəndən sonra , uşaq yerimək öyrənir. Bu işdə böyük hikmət vardır. Çünki əxlaq elmində biz insanlar yıxılandan sonra durmağa cəhd etməliyik. Və bu iş dəfələrlə təkrarlanandan sonra , "İlahi qarşısında yeriməyi" öyrənirik. Bu hikmətdir, amma elmi məsələ deyildir.
Amma səma cisimlərinin nizamlı hərəkəti həm hikmətli , həmçinin də elmi məsələdir. Bütün elmi məsələlərin hikmətli olmasına misal deməyə lüzum bilmirəm. Çünki bu, gün kimi aydın məsələdir.
Bura qədər hikmətlə elmin fərqi aydın oldu.
Elmi bütün insanlara öyrətmək lazımdır. istər cahil və nadan olsun, istərsə də elm əhli olsun. Çünki cahili cəhalətdən, nad
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.