- 27-04-2019
Bağışlayan və mehriban Allahın adı ilə
Bütün aləmlərə rəhmət olan əziz Peyğəmbərimiz (s.ə.a.s) buyurmuşdur:-Allah təbarəkə və təala buyurdu:-"Oruc mənimdir və onun mükafatını mən verəcəm".
İslami əsərlərdə mübarək hədislərimizə müraciət etdikdə, mühüm bir məsələyə rast gəlirik. Bəzi hədislərdə , namazın ən üstün ibadət olduğunu görürük. Məsələn, Həzrəti Məhəmməd ibni Abdullah (s.ə.a.s) buyurmuşdur:-"Əgər namaz Allah yanında qəbul olarsa, digər əməllər qəbul olar, yox əgər qəbul olunmazsa, digər əməllər də qəbul olunmaz". Açıq-aşkar başa düşülür ki, namaz digər ibadətlərdən üstündür.
Başqa hədislərə müraciət etdikdə isə, Həcc və Zəkatın daha üstün əməl olduğunu görürük. Məsələn, hər kəs ölsə, boynunda bir zərrə zəkat qalarsa və yaxud hər kəs dünyasını dəyişsə, imkanı ola-ola Həcc ziyarətini yerinə yetirməzsə, öləndə ya yəhudi , ya da xristian kimi ölər.
Bu mübarək Məsum (ə) kəlamından isə ilk baxışda, Həcc və Zəkatın daha üstün əməl olması başa düşülür. Çünki, bu cür ağır məzəmmət yalnız Zəkatı və Həcci imkanı ola-ola tərk edənlər üçün varid olubdur.
Yuxarıda zikr olunan mübarək kəlam isə, orucun daha əhəmiyyətli olmasını göstərir. Allah buyurur:- "Oruc mənimdir".
Bu ziddiyyətdirmi??? Təzaddırmı??? Əsla yox....Məsum (ə) kəlamında ziddiyyət və təzad ola bilməz. İlk baxışda bizə təzad kimi görsənir. Amma bu hədislərdə təzadın olmamasını izah etmək üçün, müqəddimə olaraq bir qaydanın şərhinə ehtiyac vardır.
"Bir cəhətdən üstünlüyə dəlalət edən söz, bütün cəhətlərdən üstünlüyə dəlalət etmir".
ŞƏRHİ: Məsələn, bir insan digərinə deyir, mənim tayfam sənin tayfandan üs
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.