- 28-04-2019
Allahın adıyla.
Kərbəla əsirləri Yezidin sarayında... Həzrəti Zeynəbin (ə) başçılığı ilə qadınlar, uşaqlar, xəstə və yaralılar zəncirlənib dünyanın ən iyrənc məxluqu olan Yezidin (l) qarşısında...O əsirlərin içərisində 5 yaşlı , həcmcə "kiçik" qəlbi böyük elmlə dolu olan İmam Məhəmməd Baqir (ə)da var...Yezid (l) öz yezidliyini göstərib, yanındakılarla müşavirə etdi:
-Bu əsirləri nə edək ?
Yanında olanların hamısı bir səslə cavab verdi :
-Bunları da öldür !!
Bu zaman 5 yaşlı , lakin qəlbli imanla, ağlı Quranla, ürəyi cəsarətlə dolu olan İmam Baqir (ə) irəli çıxdı və dedi :
-Ey Yezid !!! Sən və sənin yanında olanlar, Firon və onun adamlarından daha pisdir. Çünki Allah Qurani Kərimdə buyurur ki, Fironun müşavirləri Musa və Harun peyğəmbərləri (ə) öldürməyə razı olmadılar və Firona dedilər ki, bunları azad elə getsinlər. Amma sən və sənin adamların qadınları, uşaqları da öldürtmək tələb edirlər.
Yezid danışmaq istərkən, İmam (ə) onun sözünü kəsdi:
-Bunun da səbəbi var, Yezid !!!, söylədi Peyğəmbər balası (ə).
Yezid təəccüblə soruşdu :- Nə səbəbi ??!!
İmam Məhəmməd Baqir (ə) cavab verdi:
-Çünki Firon və onun adamları zinadan dünyaya gəlməmişdilər, amma sən və sənin yanındakılar zinadan dünyaya gəlmisiniz. Peyğəmbərlərə (ə) və onların övladlarına yalnız zinadan olanlar əl qaldırarlar !!!
(O zaman 5-ci İmamımızın (ə) bu dərin məntiqi ilə əsirlər Yezidin yırtıcı pəncəsindən xilas oldular, amma uzun illərdən sonra Hişam ibni ƏӘbdülməlikin xəlifəlik zamanında , Ağamız (ə) onun əmri ilə zəhərlənib, şəhadətə qovuşdu).
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.