Sosial şəbəkələrdə:

"Ey iman gətirənlər , sizdən öncəkilərə vacib olduğu kimi, sizə də oruc vacib oldu, təqvalı olasınız deyə".(Bəqərə surəsi /183). 
  • 28-04-2019

Bağışlayan və mehriban Allahın adı ilə

Mübarək Ramazan ayı.
"Ey iman gətirənlər , sizdən öncəkilərə vacib olduğu kimi, sizə də oruc vacib oldu, təqvalı olasınız deyə".(Bəqərə surəsi /183). 
Bu mübarək ayədə "vasitə" və "hədəf", "səbəb" və "nəticə" vardır. "Vasitə" və "səbəb" -orucluq, "hədəf" və "nəticə" isə- təqvadır. Hədəfə çatdırmayan vasitə mənasızdır, nəticəyə qovuşdurmyan səbəb faydasızdır. Deməli bizi təqvaya çatdıran orucluq faydalı və mənalıdır.
Amma burda bir sual meydana gəlir. Necə edək ki, aclıq və susuzluğu mənalı və faydalı oruca çevirək ???
Aclıq və susuzluğa təfəkkür və tədəbbür əlavə edək. Dünyanın ən gözəl yeməyi duzsuz olarkən dadsız olduğu kimi, təfəkkür və tədəbbürsüz də ibadət dadsızdır. Məhz ona görə də əziz İslam Peyğəmbəri Məhəmməd ibni Abdullah (s.ə.a.s) buyurur:-Oruc tutarkən aclıq və susuzluğunuzla, Qiyamət gününün aclıq və susuzluğunu yad edin ! Aclıq və susuzluğa düşünmək əlavə olduqda , Qiyamət yada düşür və bununla da insan, Allahın qəzəbindən qorxub, İlahi təqvaya yetişir. 
Yenə müqəddəs Peyğəmbərimizin (s.ə.a.s) mübarək kəlamından :-Siz , Ramazan ayında Allah ziyafətinə dəvət olunmusunuz.
Biz insanların nəzərində ziyafət-yemək və içməkdən ibarət olur. Amma aclıq və susuzluqla ziyafət olarmı ?
İnsanın həqiqəti və batini ruh olduğuna görə, nəfsi istəklərdən uzaqlaşmaq yolu ilə ruh "böyüyür" və "inkişaf " edir. Deməli, mübarək Ramazan ayında bizim batinimiz və həqiqətimiz olan ruhumuz ziyafətdədir.
İlahi, bu ayda bizi və bütün müsəlmanları bağışla !!! 

Paylaş:

Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.