Sosial şəbəkələrdə:

Hər bir insanın həyatında ideologiya mühüm yer tutur. Çünki ideologiya əsasında insanın şəxsiyyət və kimliyi , əxlaq və əməlləri formalaşır.
Hər bir insanın həyatında ideologiya mühüm yer tutur. Çünki ideologiya əsasında insanın şəxsiyyət və kimliyi , əxlaq və əməlləri formalaşır.
  • 27-04-2019

İslam ideologiyası ve onun esasları (1). 

Bağışlayan və mehriban Allahın adı ilə

Hər bir insanın həyatında ideologiya mühüm yer tutur. Çünki ideologiya əsasında insanın şəxsiyyət və kimliyi , əxlaq və əməlləri formalaşır. Buna göre də , digər inanclarda olduğu kimi , İslam dini də ideologiyaya mühüm yer verir. Müqəddəs Qurani Kərim bir neçə ayədə insanlara əmr edir ki, Allahın sifətləri barəsində elm və yəqinə çatın. (Bəqərə surəsi 194,196, 203 , 209 , 244, Maidə surəsi 98 və sairə..). 
İslam Peyğəmbəri Məhəmməd ibni Abdullah (s ə a s) isə , ona elmin əsası nədir , soruşulduqda cavab vermişdir;-Allahı haqq olaraq tanımaqdır.
Möminlərin əmiri Әli ibni Әbu Talib (ə) buyurmuşdur;-"Dinin əvvəli Allah tanımaqdır".
Bütün bunlardan bizə aydın olur ki , İslam ideologiyasını öyrənmək ən başlıca məsələlərdəndir. 
İslami dəlillərdən -Quran və Sünnədən- əlavə , İslam inanclarını öyrənməyin labüdlüyü əqli və məntiqli dəlillərlə də deyə bilərik.
1.Gözlənilən zərəri dəf etmək.
Ağıllı və düşüncəli hər bir insan , qarşıda bir zərər və təhlükənin olmasına ehtimal belə versə , o zaman o ehtimalı dəf etmək və yaxud təhlükə ehtimalından yayınmağa çalışacaqdır. Bu insanlarda fitri və qeyri-ixtiyaridir. Görmürsünüzmü ki, yol polisi olan yoldan insanlar məcbur qalanda istifadə edir ?
Elə isə, dini ideologiyanı araşdırmamaq və bu barədə səhlənkarlıq etmək , dini inanclara düzgün yiyələnməmək insana gələcək bir zərərdən xəbər verir. Bu ehtimal da olsa, ağıllı insan bu gözlənilən zərəri özündən dəf etməyə çalışır. İmam Sadiqin (ə) bir dini inanca malik olmayan şəxsə dediyi kimi;- Әgər sənin dediyin kimi olsa, əlbəttə elə deyildir , o zaman biz heç nə itirmirik. Amma əgər bizim dediyimiz kimi olsa, əlbəttə eləd

Paylaş:

Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.