- 27-04-2019
Bağışlayan və mehriban Allahın adı ilə
Mәzhәbçilik vә onun müsbәt vә mәnfi cәhәtlәri.
Son dövrdә mәşhur bir şüar var. Başa düşәn dә, düşmәyәn dә, mәnasını anlayan da, anlamayan da mәzhәbçiliyә qarşı aqressiv mövqedә çıxış edirlәr. Ona görә bu barәdә qısa da olsa, yazı yazmağı özümә borc bildim.
Amma hәr şeydәn әvvәl, onu qeyd etmәk lazımdır ki, eyni bir mövcuda müxtәlif prizmalardan baxıb , onu müxtәlif adlarla adlandırmaq olar. Bu Quranda Rәbbimizin bizә öyrәtdiyi bir mәsәlәdir. Mәsәlәn, Quran bir varlıq olan Hәzrәti Rәsulullahı (s ә a s) 5 adla adlandırır.Әhmәd, Muhәmmәd, Ən-nәbiyy, Әr-rәsul vә Taha. Vә yaxud insanlara bir dәfә Bәni Adәm, ikinci dәfә isә "әyyuhәn-nas" deyә xitab edir. Qurani Kәrim Peyğәmbәrimizi (s ә a s) 5 adla adlandırması , şәksiz ve şübhәsiz onu 5 yerә bölmәk üçün yox, әksinә onda olan 5 mühüm xüsusiyyәti vә sifәti insanlara çatdırmaqdır. Elәcә dә biz özümüz , mәsәlәn Adәm övladıyıq, müsәlmanıq vә Azәrbaycanlıyıq deyәrkәn, şәksiz vә şübhәsiz özümüzdә parçalanma aparmırıq. Sadәcә 3 prizmadan baxıb , 3 xüsusiyyәt vә sifәti qarşımızda olanı çatdırırıq. Adәm övladıyam -yәni cin ve yaxud mәlәk deyilәm. Müsәlmanam- yәni odpәrәst -atәşpәrәst deyilәm. Azerbaycanlıyam-yәni mәn , bu Vәtәn torpağında doğulmuşam vә bu çoğrafiyaya mәnsubam. Sizi and verirәm Allaha, burda ayrıntıdan söhbәt gedә bilәrmi ??!!. İndi gәlәk mәzhәb vә mәzhәbçiliyә. Mәzhәb -әrәb sözüdür "gedilәn yol" demәkdir. Rәbbimiz tәk olan Allahdır vә qayıdış yalnız onadır. Sonuncu vә ümumbәşәri İlahi qanun ve şәriәt İslam şәriәtidir. Yer üzәrinә nazil olmuş sonuncu İlahi kitab Qurandır. Nәhayәt , bütün alәmlәrә rәhmәt olaraq göndәrilmiş sonuncu Peyğәmbәr Mәhәmmәd ibni Abdull
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.