- 28-04-2019
Bağışlayan və mehriban Allahın adı ilə
Bilirəm, bu yazımı görüb bəzi "elm adamları" rişxənd etməyə başlayacaqlar ki, əcnəbilər planetlər kəşf ediblər, müsəlmanlar isə hələ də bəsit və primitiv məsələlərdə qalıblar. Amma qoy olsun, mənim məqsədim odur ki, Əhli-beyt məktəbi yalançı deyil, bu məktəbin alimləri nə deyirsə, dəlillərə söykənib deyirlər. Bizim kimi müsəlmanlar da, böyük alimlərimizin dəlillərinə əsasən danışırıq.
Dünən bir tədbirdə Mədinə əhlinin sinə vurmasından danışmışdım, bəzi qardaşlar haqlı olaraq dəlil istəmişdilər (Allah onlardan razı olsun, çünki Quran bizə öyrədib ki, əgər doğru danışırsızsa dəlilinizi göstərin). Bəziləri isə qərəzli şəkildə danışdığımızın əsassız olduğunu demişdilər.
Əlbəttə Peyğəmbər və ali Peyğəmbərin (s.ə.a.s) müsibətində sinə vurmaq, özünü döymək, yaralamaq, özünə əziyyət vermək həddinə çatmamalıdır. Bu rəmzi mənada müsibət qarşısında insanın təəccübünü bildirən məsələdir və əza əlamətidir.
Aşağıda gördüyünüz şəkili özüm çəkmişəm, öz kitabımdan. Kitabın adı Müsnəd Əhməd ibni Hənbəl. Məkkədən almışam. (İranın və Azərbaycanın Ruhani idarəsi çap etməyib). Hədisin rəqəmi aydın görsənir.
Hədis belədir:
-Əhməd ibni Hənbəl Yəqubdan, o da atasından, o da Əbi İshaqdan, o da Yəhya ibni Ubbad ibni Abdullah ibni Zübeyrdən , o da atası Ubbaddan , o da Aişədən nəql edir:
-Aişədən eşitdim deyirdi:- Allahın Rəsulu mənim evimdə , mənim qucağımda dünyasını dəyişdi. Mən orda heç kəsə zülm etmədim. Səfehliyimdən və yaşımın azlığından Allah Rəsulu qucağımda can verəndən sonra onun başını balışın üstünə qoydum. Sonra qadınlarla birgə sinəmə və üzümə vurmağa başladım..
Aişə xanımın nəql etdiyi bu hədisi bəzi böyük alimlər (İbni Həbban kimi
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.