- 27-04-2019
İslam ideologiyası və onun əsasları (2).
Bağışlayan və mehriban Allahın adı ilə
Keçən yazımızda İslam ideologiyasının əhəmiyyəti və onun öyrənməsinin labüdlüyündən söhbət açdıq. Bir cümlə ilə sözümüzü tamamladıq. O da bundan ibarət idi. Bütün İslam ideologiyası və inancları üsüliddin deyildir. Bəzi ideoloji məsələlər üsüliddindir. Məntiq istilahı ilə desək , İslam ideologiyası ilə üsüliddin arasında nisbət "umum və xusus mutləqdir" , yəni "tabeli məfhumlardır". Məsələn, bütün alimlər insandır , lakin bəzi insanlar alimdirlər.
Üsüliddin nədir?
Hər şeydən qabaq onu qeyd etmək lazımdır ki, bu termin sırf İslam alimləri tərəfindən yaradılmış bir termindir. Nə müqəddəs Quranda , nə də mübarək Sünnədə bu terminə rast gəlmirik. Usul elminin istilahı ilə desək, bu termin "həqiqə mutəşərriədir" , amma "həqiqə şəriyyə" deyildir. İkinci terminin mənası odur ki, bu termini Allah Quranda və yaxud Məsumlar (ə) hədislərində adlandırıbdır. Birinci terminin mənası isə odur ki, bu termin alimlər və iman əhli tərəfindən sonra yaradılıbdır. Madam ki , bu termin İslam alimləri tərəfindən yaradılıb , o zaman bu termindən məqsəd nədir?
1.Üsüliddinin lüğəti mənası;
İki kəlmədən ibarət bu mürəkkəb söz "Üsül" və "din" sözündən təşkil tapıb.
Üsül- əsas, fundament , bünövrə deməkdir.
Din isə-kainatın və insanın Xaliqinə iman gətirmək və o imana uyğun vəzifə və təkliflərə deyilir.
Deməli, Üsüliddin o İslam inanclarına deyilir ki, onlara iman gətirməklə insan dinə daxil olur. Onlara iman gətirməməklə insan dindən xaric olur.
Deməli, İslam alimləri Quran və mübarək sünnəni araşdırıb Üsüliddini tərtib e
Seyid AğaRəşid Talıbov © 2019 / Bütün hüquqlar qorunur.